- 26 Sentyabr 20:33
Sentyabr ayının 26-da Azərbaycan Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurası tərəfindən “2025-ci il Konstitusiya və Suverenlik İli” çərçivəsində Gəncə şəhərində 50-dək məhkəmə aparatı işçisinin iştirakı ilə regional seminar təşkil edilib.
E-huquq.az xəbər verir ki, tədbirdən əvvəl seminar iştirakçiları 27 sentyabr – Anım Günü ilə bağlı Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin elan olunmasının dövlətçilik ənənələrimizin daha da inkişafına mühüm töhfə verdiyini bildirib. Seminarın moderatoru, Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli tədbirin hüquqi maarifləndirmə və hüquq mədəniyyətinin yüksəldilməsi baxımından əhəmiyyətini qeyd edib.
Sonra Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev – “Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamız siyasi-hüquqi akt və tarixi sənəd kimi”, Ədliyyə Akademiyasının kafedra müdiri, h.e.d Mətanət Əsgərova – “Suverenliyə gedən şərəfli yol: Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni və qüdrətli Azərbaycan” mövzularında məruzələr ediblər.
Seminarda Ali Məhkəmə Aparatının sektorun müdiri h.f.d Nazənin Hüseynova və böyük məsləhətçisi Rəşad Nəsibov çıxış edib, məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.