Hakimliyə namizədlərin nəzərinə!


  • 29 Sentyabr 17:47

Test imtahanında müvəffəqiyyət qazanmış 160 nəfər hakimliyə namizədlə yazılı imtahan 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108) təşkil ediləcəkdir.

Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, "Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq yazılı imtahan elektron qaydada keçiriləcəkdir.

İmtahanda verilmiş kazusların ifadə edilməsinə dair xüsusatlar və onların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilmiş “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”nda göstərilmişdir.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni noyabr ayının 24-dən etibarən Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə əldə edə bilərlər.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Hakim olmaq arzusunda olan hüquqşünaslar müvafiq sənədlərini təqdim edə bilərlər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Oxşar xəbərlər