- 15:47
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
E-huquq.az xəbər verir ki, aksiyada Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib.
Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.