- 10:43
"Məhkəmə hakimiyətinin müstəqilliyi məhkəmə zalından deyil, hakimin düzgünlüyündən başlayır".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində təşkil olunan "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzulu beynəlxalq konfransda deyib.
İnam Kərimov bildirib ki, hakimiyyətin qollarının hər birinin öz vəzifəsi var. Əsas məqsəd isə qanunun aliliyinin və ədalət mühakiməsinin qorunmasıdır:
"Hər bir təsisatın düzgün olması orada xidmət göstərən insanlardan asılıdır. Məhkəmə hakimiyətinin müstəqilliyi məhkəmə zalından deyil, hakimin düzgünlüyündən başlayır. Bu baxımdan düzgünlük və nizam intizam ən böyük meyarlardandır. Bu gün Məhkəmələr yalnız təsisat kimi fəaliyət göstərmir. Onlara böyük etimad və inam var", - deyə sədr qeyd edib.
Şəbnəm Mehdizadə