- 10:43
“Hakimlərin müstəqilliyi qorunub saxlanılmalıdır”.
E-huquq.az xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti Duro Sessa Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində təşkil olunan "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzulu beynəlxalq konfransda deyib.
O bildirib ki, bu ya digər hakimin qərarı heç bir təsirə məruz qala bilməz:
“Hətta əfv məsələlərinə belə müdaxilə edilə bilməz. Məhkəmə hakimiyyətinin və hakimlərin legitimliyi qanunun aliliyi ilə təmin edilir. Hakimlərin vəzifəsi qərar qəbul etməkdir. Amma bu qərarlar əsaslandırılmış şəkildə olmalıdır. Qanunverici və icraedici hakimiyyət məhkəmənin işinə qarışa bilməz”
Şəbnəm Mehdizadə