Məhkəmədə soyğunçuluqda ittiham olunan tələbə ilə bağlı qərar verdi


  • 11:31

Bakıda soyğunçuluqda təqsirləndirilən Ömər Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Nizami Rayon məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ö.Hacıyev Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və barəsində 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İttihama görə, 2006-cı il təvəllüdlü, hazırda peşə məktəbində təhsil alan Ö.Hacıyev paytaxtın Nizami rayonunda, metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlıqda tanımadığı şəxsin “İphone 12 Pro” markalı mobil telefonunu əlindən qəflətən dartıb alaraq oradan qaçıb. Həmin mobil telefonu Nizami rayonu Q.Qarayev prospekti 74 saylı ünvanda yerləşən telefon mağazalarından birinə 150 manata satıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər