Məzmuna keç

Ali Məhkəməyə ayrılan illik vəsait açıqlanıb

Azərbaycanın Ali Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsi üçün illik büdcə vəsaiti açıqlanıb

Azərbaycanın Ali Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsi üçün illik büdcə vəsaiti açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin fəaliyyətinə dair məlumatda qeyd edilib.

Bildirilib ki, Ali Məhkəmənin fəaliyyətinin maliyyələşdirilməsi və onun maddi-texniki təchizatı Azərbaycan dövlət büdcəsi hesabına həyata keçirilir.

Dövlət büdcəsinin xərclər hissəsində məhkəmə hakimiyyətinin, o cümlədən, Ali Məhkəmənin saxlanılması xərclərinin həcmi ilbəil artırılır.

Ali Məhkəmənin fəaliyyətinin maliyyələşdirilməsi üçün 2018-ci ildə ayrılan illik büdcə vəsaiti (dürüstləşmə ilə) 8 milyon 972 min 364 manat, o cümlədən, əmək haqqı fondu 6 milyon 129 min 546 manat müəyyən edilib.

2019-ci ildə isə Ali Məhkəməyə ayrılan büdcə vəsaiti 10 milyon 699 min 205 manat müəyyən edilib. Bu da 2018-ci ildə ayrılan büdcə vəsaitindən 1 milyon 726 841 manat çoxdur.