SOCAR-da işə düzəltmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu


  • 16:24

Şamaxıda işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən İlkin Kərimovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az xəbər verir ki, Şamaxı Rayon Məhkəməsində hakim Natiq İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Kərimov Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Kərimov özünü Dövlət Neft Şirkətində (SOCAR) işə düzəltmək imkanları olan şəxslərlə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edib. Bununla o, zərərçəkmiş Cavad Atakişiyevi SOCAR-da müəyyən departamentə rəis müavini vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 35000 manat pulunu ələ keçirib.

Humay Eminqızı

Oxşar xəbərlər