Azərbaycanda hakim özü-özünə etiraz etdi


  • 10:48

Dələduzluqda etməkdə təqsirləndirilən sahibkar Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hakim özü özünə etiraz edib.

Buna səbəb isə R.Ələkbərlinin Zamiq Xankişiyevin qardaşı Ş.Xankişiyevi əvvəldən tanımağı olub. Hakim bildirib ki, belə olduğu halda işin obyektiv araşdırılması mümkün deyil.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Z. Xankişiyevin cinayət işinə başqa tərkibdə baxılacağı ilə bağlı qərarı elan edib.

Xatırladaq ki, daha əvvəl məhkəmə Elnur Nuriyevin sədrliyi ilə keçirilirdi. Daha sonra hakim E.Nuriyev Bakı Apellyasiya Məhkəməsinə təyin olunub.

Qeyd edək ki, Zamiq Xankişiyev 3 nəfərin milyon manata yaxın pulunu ələ keçirməkdə ittiham olunur. Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Z.Xankişiyevin Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin oğlu olduğu bildirilir. O, bahalı avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirməsi ilə də məşhurlaşıb. Atası F.Xankişiyev isə 2014-cü ildə yol verdiyi ciddi nöqsanlara və maddi ziyana görə vəzifəsindən azad edilib.

Humay Eminqızı

Oxşar xəbərlər