- 13:57
Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən İqor Lısenkonun cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Məlum olub ki, hadisə 21 fevral 2026-cı ildə Şüvəlan qəsəbəsi ərazisində baş verib. İqor Lısenko və İlqar Məmmədov içkili vəziyyətdə mübahisə ediblər. Nəticədə İ. Lısenko İ. Məmmədovu bıçaqlayıb.
İ.Lısenko elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini və özünü müdafiə etdiyini deyib.
Sübutların tədqiqi ardıcıllığı zərərçəkmiş şəxsin hüquqi varisinin daha sonra isə təqsirləndirilən şəxsin dindirilməsi ilə aparılacaq.
Məhkəmənin növbəti iclası 16 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü İqor Lısenkonun tanışı 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə)və 228.5-ci ( qanunsuz olaraq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb.
Humay Eminqızı