Latviya nümayəndə heyəti Azərbaycanın məhkəmə islahatlarını yüksək qiymətləndirib - FOTO


  • 17:50

2026-cı il iyulun 10-da Azərbaycan Respublikasının Ali Məhkəməsində Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Görüş zamanı qonaqlara ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi genişləndirilir, hakim vəzifəsinə seçim prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazası isə davamlı olaraq təkmilləşdirilir. Bildirilib ki, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt və digər innovativ rəqəmsal həllərin tətbiqi məhkəmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri İrena Kutsina iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər