Prokuror "Beniz" ləqəbli tiktokerə 11 il cəza istədi


  • 12:30

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, A.Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Vəkillər çıxış üçün vaxt istədiyinə görə, məhkəmənin növbəti iclası 21 iyul tarixinə təxirə salınıb.

Qeyd edək ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər