Pakistan Respublikasının Hüquq və Ədliyyə naziri Ali Məhkəmədə olub - FOTO


  • 10:25

2026-cı il iyulun 21-də ölkəmizdə səfərdə olan Pakistan Respublikasının Hüquq və Ədliyyə naziri cənab Barrister Aqeel Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Nümayəndə heyətini salamlayan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, iki ölkə arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələr hüquq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Görüş zamanı qonaqlara ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülən işlər, bu sahədə tətbiq olunan yeniliklər, hakimlərin seçimi, təyin edilməsi və fəaliyyətinin qiymətləndirilməsi mexanizmləri barədə ətraflı məlumat verilib.

Pakistan Respublikasının Hüquq və Ədliyyə naziri cənab Barrister Aqeel Malik səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan ilə hüquq sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin hər iki ölkənin məhkəmə sistemlərinin inkişafına və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər