- 10:25
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş şəxs Sənubər Muradova və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə zalında iştirakı olmadan ilkin baxış iclasının keçirilməsi barədə qərar qəbul edilib.
Daha sonra İlduzə Hacıyevanın vəkilləri vəsatətlə çıxış ediblər. Birinci vəsatət həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.
Sözügedən vəsatət məhkəmə tərəfindən təmin edilib.
İkinci vəsatət isə məhkəmənin ilkin baxış iclasında istintaqın da aparılması ilə bağlı olub.
Həkim E. Nuriyev vəsatəti təmin etməyib, növbəti baxış iclası 31 iyul tarixinə təyin edilib.
Məhkəmə təqsirləndirilən şəxsə sosial şəbəkədən iştirak etməyi və vatsappda ailə üzvləri istisna olmaqla digər şəxslərlə danışmağı qadağan edib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. İ.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı