- 22 İyul 13:32
2026-cı il iyul ayının 25-də Konstitusiya Məhkəməsinin sabiq hakimi, hüquq elminin və konstitusiya ədalət mühakiməsinin inkişafına dəyərli töhfələr vermiş Mahir Muradovun anadan olmasının 70 illiyi tamam olur.
E-huquq.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin yaydğı məlumatda bildirilir.
"Mahir Muradov yüksək hüquqi biliyi, peşəkarlığı, prinsipiallığı və məsuliyyətli fəaliyyəti ilə yanaşı, zəngin insani keyfiyyətləri, yüksək mənəvi dəyərləri, təvazökarlığı, ziyalılığı ilə həmkarlarının və onu tanıyan hüquqşünasların və hər kəsin dərin hörmətini qazanmışdır. O, qanunun aliliyinə, ədalət prinsiplərinə və dövlətçilik ideallarına daim sadiq qalaraq konstitusiya ədalət mühakiməsinin formalaşması və inkişafı istiqamətində mühüm xidmətlər göstərmiş, səmərəli fəaliyyəti ilə hüquq ictimaiyyəti arasında özünəməxsus iz qoymuşdur.
Mahir Muradovun əziz xatirəsi Konstitusiya Məhkəməsinin kollektivi tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilir. Anadan olmasının 70 illiyi münasibətilə onun nümunəvi şəxsiyyətini, zəngin mənəvi irsini yüksək peşəkar hüquqşünas kimi dərin hörmətlə anır, xatirəsini daim əziz tutduğumuzu bildiririk. Allah rəhmət eləsin!" - məlumatda qeyd olunub.