Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirildi - FOTO


  • 14:52

Bakı Apellyasiya Məhkəməsinin 2026-cı ilin birinci yarımilliyi üzrə fəaliyyətinə dair məhkəmənin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

E-huquq.az xəbər verir ki, sədr Mübariz Əkbərov ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə ümumi məlumat təqdim edib.

Qeyd edilib ki, ədalət mühakiməsinin səmərələliyinin artırılmasına yönəlmiş tədbirlə yanaşı məhkəmənin iş planına uyğun olaraq qanunvericiliyin ayrı-ayrı sahələri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla buna dair birinci instansiya məhkəmələrinə müvafiq icmal və metodik məktublar göndərilib, habelə qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə bəzi birinci instansiya məhkəmələrinin məlumatlarının dinləmələri keçirilib.

Məhkəmənin hakimləri tərəfindən icraatlarında olan işlər üzrə qanunvericiliyin normalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğular ünvanlanılıb.

Hüququn tətbiqində yanaşmanın sabitliyini və hüquqi mövqeyin proqnozlaşdırılan olmasının təmin edilməsi ilə bağlı metodik kömək göstərilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin iştirakları ilə məhkəmənin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrində görüşlər keçirilib, hüquqi maarifləndirmə məqsədilə onlayn mediada müsahibələr verilib.

Vətəndaşların müraciətləri və məmnunluğu xüsusi diqqətdə saxlanılıb. Belə ki, onların qəbullarının keçirilməsi, o cümlədən “çağrı mərkəzi” və məhkəmənin sosial şəbəkə hesabları vasitəsilə daxil olmuş müracitələrinə operativ və qanunauyğun qaydada baxılması təmin edilib.

Bakı Apellyasiya Məhkəməsinin 2026-cı ilin birinci yarımilliyində fəaliyyətinə dair məhkəmənin bülleteni nəşr olunub.

Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Kollegiyalarının ötən dövr ərzində görülmüş işlərlə bağlı Kollegiya sədrləri çıxış ediblər, statistik məlumatlar dinlənilib, məhkəmə aktlarının kassasiya qaydasında ləğv olunması əsasları müzakirə olunub.

Rəyasət Heyəti yekunda məhkəmənin cari ilin birinci yarımilliyi üzrə fəaliyyətini ümumən qənaətbəxş hesab edərək, hakimlərə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini tövsiyə etdi.

Oxşar xəbərlər