Yarım milyonluq qızıl mənimsəməkdə təqsirləndirilən Özbəkistan vətandaşına hökm oxundu


  • 16:26

Qızıl satışı adı ilə Azərbaycan vətəndaşlarına qarşı yarım milyon manatdan çox dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, G. Mamatova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Guzal Mamatova əvvəllər "Moskva" univermağında qızıl satışı ilə məşğul olub və ticarətçilər arasında tanınıb. Həmin yerdə qazandığı etibardan istifadə edərək tanıdığı şəxslərin ona verdikləri qızılları Özbəkistanda satıb. O, dəyəri yarım milyon manat olan qızıl-zinət əşyalarını müştərilərdən alaraq onların pulunu mənimsəməkdə təqsirləndirilir.

Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər