- 11 Avqust 11:02
Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
O, A. Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istədiyinə görə məhkəmənin növbəti iclası 2 sentyabr tarixinə təyinə təxirə salınıb.
Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında, gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub. 44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.Faktla bağlı cinayət işi başlanılıb, A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Humay Eminqızı