Prokuror ərininin qətlində təqsirləndirilən qadına cəza istədi


  • 12:20

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırıb üzərinə gül əkməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

O E. Əliyevanın 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 3 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Humay Eminqızı

Oxşar xəbərlər