- 11:39
Abşeronda kişi keçmiş arvadının avtomobilini yandırıb.
E-huquq.az xəbər verir ki, hadisə 28 May qəsəbəsində baş verib. Belə ki, 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Səbuhi Səlimov (şərti ad-soyad) keçmiş həyat yoldaşına məxsus 26 400 manat dəyərində “Kia Sorento” markalı avtomobili yol kənarında görüb. O, avtomobili yandırmaq qərarına gəlib.
Bunun üçün yaxınlıqdakı mağazadan plastik qabda sintetik tiner məhlulu alıb. Daha sonra mayeni avtomobilin üzərinə tökərək alışqanla yandırıb. Avtomobilin bəzi hissələri yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində avtomobil sahibinə ümumilikdə 6470 manat ziyan dəyib.
Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında S.Səlimov əməli törətdiyi etiraf edib. O bildirib ki, keçmiş həyat yoldaşı ilə münasibətləri normal olub. Hadisə günü isə bir qədər içkili olub və onda qısqanclıq yaranıb.
S.Səlimov avtomobilin yanmağa başladığını gördükdən sonra hadisə yerindən uzaqlaşdığını söyləyib.
Məhkəmənin hökmünə əasən, o, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 3 il 08 ay müddətinə azadlıqdan məhrumedilib.
Şəbnəm Mehdizadə