“Femida Akademiya” layihəsi çərçivəsində nikah dövründə əldə edilmiş əmlakla bağlı təlim keçirildi - FOTO


  • 09:11

Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiya” layihəsi çərçivəsində Binəqədi Rayon Məhkəməsinin hakimi Səidə Məmmədova tərəfindən “Nikah dövründə əldə edilmiş əmlakla bağlı bağlanmış əqdlərin etibarsızlığı və mübahisələndirilməsi: hüquqi əsaslar və məhkəmə təcrübəsi” mövzusunda təlim sessiyası keçirilib.

E-huquq.az xəbər verir ki, təlim zamanı nikah dövründə əldə edilmiş əmlakın hüquqi rejimi, ər-arvadın həmin əmlak üzərində hüquq və səlahiyyətləri, eləcə də bu əmlakla bağlı bağlanmış əqdlərin hüquqi xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Sessiya çərçivəsində nikah dövründə əldə edilmiş əmlakla bağlı bağlanmış əqdlərin hansı hallarda etibarsız hesab edilə və ya mübahisələndirilə bilməsi, bu əqdlərin etibarsızlığının hüquqi əsasları və tərəflərin hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub.

Təlim zamanı məhkəmə təcrübəsindən nümunələr təqdim edilərək əmlakla bağlı mübahisələrə məhkəmələr tərəfindən yanaşma, sübutların qiymətləndirilməsi və müvafiq hallarda əqdlərin hüquqi nəticələri izah edilib. Həmçinin nikah dövründə əldə edilmiş əmlakla bağlı əqdlərin mübahisələndirilməsi zamanı nəzərə alınan hüquqi meyarlar və praktiki məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər