Məhkəmə ekspertizası fəaliyyətinin elektron aparılması qaydaları müəyyənləşir


  • 12:14

Məhkəmə ekspertizası fəaliyyətinin elektron aparılması qaydaları müəyyənləşir.

E-huquq.az xəbər verir ki, bununla bağlı "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.

Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada həyata keçirilməsi müəyyən edilmiş tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin ediləcək.

Qeyd edilib ki, məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarların (qərardadların) qəbulu, həmin qərarların (qərardadların) icraata yönəldilməsi, habelə məhkəmə ekspertizasının sifariş edilməsi ilə bağlı müqavilənin bağlanılması barədə müvafiq məlumatların göndərilməsi, məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciətlərin qəbul edilməsi, məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların göndərilməsi müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin ediləcək.

Sənədə görə, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində formalaşdırılan sənədlər "Elektron imza və elektron sənəd haqqında" qanunla ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.

Oxşar xəbərlər