Azərbaycanda korrupsiyaya şərait yaratdığına görə 5 hakim və 2 məhkəmə sədri barədə intizam icraatı başlanıldı


  • 23 İyun 2020 19:44

Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclasda bildirilib ki, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə
sədri barədə intizam icraatı başlanılıb.

Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə bundan sonra da ən sərt tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.

Oxşar xəbərlər