Konstitusiya Məhkəməsinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırdığı vəsaitin məbləği açıqlandı


  • 14 İyul 2020 11:13

Konstitusiya Məhkəməsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb.

E-huquq.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məlumat verib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin təşəbbüsü ilə koronavirusla mübarizə üzrə həyata keçirilən tədbirlər zəminində Konstitusiya Məhkəməsinin kollektivi 100 min manat məbləğində vəsait toplayaraq pandemiya ilə mübarizəyə dəstək fonduna keçirib, aztəminatlı ailələrə, o cümlədən tək yaşayan ahıl yaşlı insanlara ərzaq məhsulları qismində yardımlar göstərib.

F.Abdullayev bildirib ki, pandemiya dövründə Konstitusiya Məhkəməsi öz beynəlxalq məhkəmə-hüquq əməkdaşlığını davam etdirərək bir çox ölkələrin Konstitusiya Məhkəmələrinin nümayəndələri ilə onlayn görüşlər keçirib, yaranmış vəziyyətdə konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri barədə müzakirələr aparıb. O qeyd edib ki, pandemiya ilə əlaqədar keçirilən tədbirlərdə Konstitusiya Məhkəməsinin əməkdaşları ilə yanaşı, Məhkəmədə təcrübə keçən könüllülər də fəal iştirak ediblər.

Oxşar xəbərlər