Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum oldu


  • 17 Sentyabr 2020 17:35

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə ilkin baxış iclasının vaxtı məlum olub.

Bu barədə e-huquq.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, iclas 28 sentyabr saat 15.00-a təyin edilib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 16 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Oxşar xəbərlər