Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəkilləri təbrik etdi


  • 28 Dekabr 2020 15:48

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Azərbaycan vəkillərinin peşə bayramı - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvlərini təbrik edib.

E-huquq.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli vəkillər!

Sizi, başda sədriniz Anar Bağırov olmaqla, peşə bayramınız münasibəti ilə təbrik edirəm. Hər birinizə can sağlığı və bu şərəfli işinizdə uğurlar arzu edirəm. Ölkəmizdə həyata keçirilən ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə verdiyiniz dəstəyə görə də xüsusi təşəkkürümü bildirməklə, növbəti illərdə də bu istiqamətdə mövcud olan faydalı əməkdaşlığımızın inkişaf edəcəyinə ümid edirəm".

Oxşar xəbərlər