Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu məhkəmədə son söz deyib


  • 11 İyun 2021 11:10

Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

E-huquq.az-ın xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxs son söz deyib.

Livanlı muzdlu terrorçu da barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Məhkəmə kollegiyası hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Hökm iyunun 14-də elan ediləcək.

Oxşar xəbərlər