Məhkəmə sürücü ilə bağlı bəraət hökmünü qüvvədə saxladı


  • 18 İyun 2021 11:49

Bu gün Şirvan Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Teymur Babayevin barəsindəki hökmdən verilən apelyasiya protesti və zərərçəkmişlərin apelyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O bildirib ki, prosesdə şikayət təmin edilməyib və Şirvan Şəhər Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2019-cu ildə Şirvan Şəhərində qeydə alınıb. Teymur Babayevin idarə etdiyi mikroavtobus “VAZ 2107” markalı avtomobilllə toqquşub. Nəticədə avtomobilin sürücüsü dünyasını dəyişib.

Oxşar xəbərlər