Terrorçu silahlı birləşmənin üzvü olan 13 erməninin işi məhkəmə baxışına verildi


  • 22 İyun 2021 13:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra vəkillər bütün proseslərin video-audio görüntüləri ilə keçirilməsiylə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib.

Hakimlər kollegiyası təqsirləndirilən şəxslərə hüquqlarını izah edib. Bildirilib ki, onlar dövlət hesabına vəkillə təmin edilib.

Məhkəmənin baxış iclası iyunun 29-na təyin edilib.

Növbəti proses Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında keçiriləcək.

Oxşar xəbərlər