Məhkəmə 48 min manatlıq oğurluqda təqsirləndirilən 7 nəfərə bəraət verdi


  • 26 Noyabr 2021 13:09

İmişlidə oğurluqda 48 min manatlıq oğurluqda təqsirləndirilən Daxil Bəyişov, İsa Abbasov, Sadiq Ağayev, Fərid Musayev, Elxan Əsədov, Vasif Şükürov və Vasif Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a vəkil Vasif İsrafilov məlumat verilib.

O bildirib ki, İmişli rayon Məhkəməsində hakim Ülvi Qəmbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığından hər biri barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər İmişli şəhərində “Azərsun Holdinq”in nəznində olan Qida Aqro MMC-dən 48 min manatlıq yem oğurlamaqda ittiham olunublar.

Oxşar xəbərlər