Məzmuna keç

1 milyon dollarlıq dələduzluqda təqsirləndirilən keçmiş polisin məhkəməsi başlayır

Xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən Elvin Həşimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, E. Həşimli 1 milyon dollardan çox dələduzluqda ittiham olunur. O keçmiş polis əməkdaşı olub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü(xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
İş üzrə zərərçəkmiş şəxs qismində Möhkəm Səmədov tanınıb.