Gəncə şəhərində bacısını bıçaqlamaqda təqsirləndirilən Orxan Sarıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Gəncə Aöır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 29-na təyin edilib.
Qeyd edək ki, bu il avqustun 13-də Gəncə şəhərinin "Avtozavod" adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü O.Sarıyev bacısı, 1992-ci il təvəllüdlü Ayişə Əzizovaya 3 bıçaq zərbəsi vurub.
Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
Daha sonra O.Sarıyev saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
