Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Bir sıra Apellyasiya Məhkəmələri hakimlərinin təyin edilməsi barədə” məsələ müzakirəyə çıxarılıb.
E-huquq.az-ın məlumatına görə, Məhkəmə-Hüquq Şurası tərəfindən aşağıdakı hakimlərin apellyasiya məhkəmələrinə təyin edilməsi təklif edilir:
Bakı Apellyasiya Məhkəməsi üzrə:
Hüseyn Cavid Vaqif oğlu
Oruczadə Aytən Pənah qızı
– Gəncə Apellyasiya Məhkəməsi üzrə:
Həsənov İslam Telman oğlu
İsgəndərova Aygül Vulqar qızı
– Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:
Məmmədov Zahid Tahir oğlu
– Şəki Apellyasiya Məhkəməsi üzrə:
Cavadova Günay İsmayıl qızı
– Şirvan Apellyasiya Məhkəməsi üzrə:
Abdullayev İlkin Qismət oğlu
İsmayılov Orxan Nadir oğlu
Xatırladaq ki, Məhkəmə-Hüquq Şurasının dekabrın 20-də keçirilən iclasında fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi ilə bağlı qərar qəbul edilib.
