Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahirovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.
Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, A. Tahirovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.
Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib.
Albert Tahirov idarə etdiyi avtomobil yol polisi əməkdaşı Xəyyam Bağırzadənin sürdüyü avtomobillə toqquşub.
Nəticədə Xəyyam Bağırzadə dünyasını dəyişib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Albert Tahirova 5 il müddətinə məntəqə tipli cəzası verilib.
Sumqayıt Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib. Yeni hökmə əsasən, ona bəraət verilib.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti vermişdi.
Ali Məhkəmə isə işi yenidən araşdırması üçün apellyasiya instansiyasına qaytarıb.
