Məzmuna keç

Milli Məclis apellyasiya məhkəmələrinə yeni hakimləri təsdiq etdi –

Parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi qəbul edilib.

Belə ki, Azərbaycan parlamenti Məhkəmə Hüquq Şurasının təklifləri nəzərə alaraq aşağıdakı apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsinə razılıq verib:

– Bakı Apellyasiya Məhkəməsi üzrə:

Hüseyn Cavid Vaqif oğlu;
Oruczadə Aytən Pənah qızı.

– Gəncə Apellyasiya Məhkəməsi üzrə:

Həsənov İslam Telman oğlu;
İsgəndərova Aygül Vulqar qızı.

– Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Məmmədov Zahid Tahir oğlu.

– Şəki Apellyasiya Məhkəməsi üzrə:

Cavadova Günay İsmayıl qızı.

– Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Abdullayev İlkin Qismət oğlu;
İsmayılov Orxan Nadir oğlu.