Ali Məhkəmə Aparatının strukturunda dəyişiklik edildi - SİYAHI


  • 12 Yanvar 2022 17:15

Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının strukturunda dəyişiklik edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, struktura daxil olan şöbələrdən bəzilərinin adı dəyişdirilib, bəziləri isə birləşdirilib. Həmçinin yeni şöbə yaradılıb.

Belə ki, İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsi ilə Beynəlxalq əlaqələr şöbəsi birləşdirilərək, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqlər şöbəsi adlandırılıb.

Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin adı dəyişdirilərək Məhkəmə təcrübəsinin təhlili adlandırılıb.

Qanunvericiliyin təhlili və sistemləşdirilməsi şöbəsinin adı dəyişdirilərək Hüquqi təminat şöbəsi olub.

İcra şöbəsinin adı dəyişdirilərək Məhkəmənin fəaliyyət qaydasının təmin edilməsi sektoru adlandırılıb.

Dövlət qulluğu və kadr məsələləri sektorunun adı dəyişdirilərək İnsan resursları olub.

Bundan başqa, Ali Məhkəmədə Məhkəmə işlərinin idarə edilməsi şöbəsi adlı yeni şöbə də yaradılıb.

Oxşar xəbərlər