Məzmuna keç

Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı açıqlandı

2021-ci ildə Ali Məhkəmənin icraatında olan işlərin sayı artıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ramiz Rzayevin sədrliyi ilə keçirilən Ali Məhkəmənin Plenumunda məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə icraatda 14,256 iş olub, bu isə 2020-ci illə müqayisədə 1,859 iş (15% artım) daha çoxdur.

Mülki Kollegiyada 2021-ci ildə 6,113 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 894 iş (17,1 % artım) daha çoxdur. Kommersiya Kollegiyasında 2021-ci ildə 494 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 231 iş (87,8 % artım) daha çoxdur. Cinayət Kollegiyasında 2021-ci ildə 2,161 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 956 iş (79,3 % artım) daha çoxdur.

İnzibati Kollegiyada isə əksinə 2021-ci ildə 2,150 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 80 iş (3,6 % azalma) daha azdır.

Qeyd olunub ki, Ali Məhkəməyə 2021-ci ildə 11,314 iş daxil olub, bu isə 2020-ci illə müqayisədə 1,326 iş (13,3 % artım) daha çoxdur.