Məzmuna keç

Ali Məhkəmə tərəfindən ləğv edilən məhkəmə qərarlarının sayı artıb

2021-ci ildə ləğv olunan məhkəmə qərarlarının sayında artım olub.

E-huquq.az xəbər verir ki, bu barədə Ramiz Rzayevin sədrliyi ilə keçirilən Ali Məhkəmənin Plenumunda məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə 2,520 qərar Ali Məhkəmə tərəfindən ləğv edilib. Bu da 2020-ci illə müqayisədə 572 qərar daha çoxdur.