"Təəssüflər olsun ki, bəzən kütləvi informasiya vasitələrində məhkəmə sistemi, ayrı-ayrı hakimlər barəsində səslənən fikirlər cəmiyyətdə məhkəmələrə təhrif olunmuş münasibətin yaranmasına gətirib çıxarır".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
"Aydındır ki, ayrı-ayrı şəxslərin, o cümlədən hüquqşünasların öz mövqeyini bildirmək və cəmiyyətə təqdim etmək azadlığı var. Lakin hər bir hüququn hüdudları mövcuddur və məhkəmələrin fəaliyyəti ilə bağlı ifadələr təhqir və böhtan səviyyəsinə enməməli, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməməlidir", – deyə o bildirib.
Mənbə: APA
