Məzmuna keç

Şirvan Kommersiya Məhkəməsinin hakiminə yeni vəzifə verildi

Şirvan Kommersiya Məhkəməsinə kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə məhkəmənin hakimi Elşən Abdullayevə həvalə olunub.

Qeyd edək ki, E.Abdullayev 2021-ci ildə Şirvan Kommersiya Məhkəməsinin hakimi təyin olunub.

Eyni zamanda sözügedən məhkəmənin "Facebook" səhifəsi də fəaliyyətə başlayıb. Linkə daxil olaraq səhifə ilə tanış ola bilərsiniz.

Xəyalə Bünyatova