Vəkil: "Bakı İnzibati Məhkəməsi ən ədalətli, lakin ən şəraitsiz məhkəmələrdən biridir"


  • 18 Mart 2022 16:32

"Bakıda ən ədalətli məhkəmələrdən biri Bakı İnzibati Məhkəməsidir. Lakin ən şəraitsiz məhkəmə də elə buradır. Hesab edirəm ki, belə ədalətli hakimlər və məhkəmə işçiləri ən yüksək səviyyəli şəraitlə təmin olunmalıdırlar".

E-huquq.az xəbər verir ki, bunu vəkil Nərmin Əliyeva deyib.

"Əvvəl heç olmasa içəridə oturacaqlar var idi, mantiyanı orada geyinib zala daxil ola bilirdin. Lakin sonradan həmin oturacaqları da götürdülər. Məcbur qalıb, mantiyanı da məhkəmə zalında, hakimlərin qarşısında geyinirik. Zallar da çox balacadır, sıxlıq səbəbindən orada mantiya geyinmək çətinlik yaradır. Ona görə də bəzi hakimlər vəziyyəti anlayışla qarşılayıb, narahat olmamağımızı, hətta mantiyasız da izahat verməyin mümkün olduğunu deyirlər. Yəqin ki, hakimlərin otaqları da oxşar vəziyyətdədir", - deyə vəkil bildirib.

Oxşar xəbərlər