Məzmuna keç

Xətai Rayon Məhkəməsi məlumat yaydı

Bakı şəhəri Xətai Rayon Məhkəməsi qeyri-iş günlərində baxılmış işlərlə bağlı statistik məlumat yayıb.

E-huquq.az-ın məlumatına görə, mart ayının 19-27-si tarixlərində Bakı şəhəri Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı 8 təqdimata, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı 1 vəsatətə baxılıb.

Baxılmış təqdimatlardan 4-ü təmin olunub, digər 4-ü isə qismən təmin olunub. Vəsatət isə rədd edilib.