Məzmuna keç

Avropa Məhkəməsi 8 yaşlı uşağı həbsdə saxladığına görə Fransanı cəzalandırdı

Avropa İnsan Hüquqları Məhkəməsi 8 yaşlı uşağı həbsdə saxladığına görə Fransanı cəzalandırıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə Fransanın uşağa 5 min avro təzminat ödəməsi barədə qərar çıxarıb.

AİHM-in qərarında qeyd olunub ki, ailəsi ilə birlikdə Fransaya gələn 8 yaşlı gürcü əsilli uşaq Metz-Queuleu (Moselle) 2020-ci ildə 14 sutka təcridxanada saxlanılıb.

Bildirilib ki, azyaşlının 14 gün həbsdə saxlanılması ona psixoloji və mənəvi cəhətdən zərər vura bilər.

Qərarda vurğulanıb ki, azyaşlı Avropa İnsan Hüquqları Konvensiyasının qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı qadağan edən 3-cü maddəsinə zidd rəftara məruz qalıb.

Ona görə də məhkəmə Fransanın uşağa mənəvi təzminat olaraq 5 min avro ödəməli olduğu barədə qəbul edib.

Rəşid Qarayev