Məzmuna keç

Xətai Rayon Məhkəməsi hesabat yaydı

Bakı şəhəri Xətai Rayon Məhkəməsi mart ayı ərzində məhkəməyə daxil olan işlərin statistikasını açıqlayıb.

E-huquq.az xəbər verir ki, ay ərzində məhkəməyə 57 cinayət işi, 557 mülki iş, 518 inzibati xətalar haqqında iş və 41 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə təqdimat daxil olub.

Daxil olmuş işlərdən 8 cinayət işi, 35 mülki iş, 453 inzibati xətalar haqqında iş və 41 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə işə baxılaraq müvafiq yekun məhkəmə aktları qəbul edilib.