Məzmuna keç

“Hakimlər qərar qəbul edərkən yuxarı instansiya məhkəməsi tərəfindən formalaşmış hüquqi mövqedən kənara çıxmamalıdır”

Bu gün Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilən məhkəmə aktlarının yuxarı instansiya Məhkəməsi tərəfindən ləğv edilmə və dəyişdirilmə səbəbləri ilə əlaqədar iclas keçirilib.

Bu barədə e-huquq.az-a Yasamal Rayon Məhkəməsindən bildirib.

İclasda cinayət, inzibati xətalara dair və mülki işlər üzrə ləğv edilən və dəyişdirilən məhkəmə aktları müzakirə edilmiş, bu məsələ ilə əlaqədar ümumiləşdirmə aparılmış, ümumiləşdirmənin nəticələri müzakirə edilib.

Məhkəmə Sədri İslam Əliyev öz çıxışında bildirib ki, yuxarı instansiya məhkəməsinin mövqeyi birinci instansiya üçün olduqca mühüm əhəmiyyətə malikdir. Hakimlərə qərar qəbul edərmən öz daxili inamı nəzərə alınmaqla yuxarı instansiya məhkəməsi tərəfindən formalaşmış hüquqi mövqedən kənara çıxmamaları tövsiyə edilib.

Məhkəmənin hakimləri hər biri ayrılıqda məruzə ilə çıxış edərək ləğv edilən və dəyişdirilən qərarlara münasibət bildirdilər.