Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2022 ci ilin mart ayında daxil olan müraciətlərin sayını açıqlayıb.
E-huquq.az xəbər verir ki, Dövlət Komitəsinə ümumilikdə 273 vətəndaş müraciəti daxil olub.
Qeyd olunub ki, üstünlük təşkil edən müraciətlərdən 51-i məhkəmə qərarlarının icrası ilə bağlı, 23-ü mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı, 20-si məişət zorakılığı ilə bağlı, 20-si müxtəlif yönümlü sosial müavinətlərlə bağlı və 20-si isə işlə təmin olunma ilə bağlıdır.

