Məzmuna keç

Ədliyyə naziri: “Prezident tərəfindən 6 minə yaxın şəxs əfv olunub”

"Ölkəmiz humanizm ideyalarına daim sadiqlik nümayiş etdirir".

E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib.

"Ötən dövrdə ölkə Prezidenti tərəfindən 6 minə yaxın şəxs əfv olunub. Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 noyabr – Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olub", – deyə nazir qeyd edib

F.Məmmədov, həmçinin bildirib ki, BQXK ilə sıx əməkdaşlıq sayəsində penitensiar sistemdə vərəmlə mübarizədə olduqca yüksək nailiyyətlər əldə edilib: "Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə təcrübəmizlə böluşülməsi üçün Bakıda beynəlxalq statuslu Təlim Mərkəzi yaratmış və artıq onlarla dövlətin nümayəndələri nailiyyətlərimizdən bəhrələnib".