Məzmuna keç

“MİR” avtosalonun sahibi Məhərrəm Əhədov həbs edildi

Yasamal Rayon Məhkəməsində "MİR" avtosalonun sahibi Məhərrəm Əhədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, məhkəmə vəsatəti təmin edib. M.Əhədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.Əhədov Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) ittiham edilir.