Yasamal Rayon Məhkəməsinin sədri hakimliyə namizədlərlə görüşdü - FOTO


  • 22 Aprel 2022 16:46

Hakimliyə namizədlər Ədliyyə Akademiyası və Hakimlərin Seçki Komitəsi ilə birlikdə hazırlanmış Məhkəmə-Hüquq Şurası ilə razılaşdırılmış Tədris proqramına uyğun olaraq 01 mart – 22 aprel 2022-ci il tarixlərində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində staj keçib.

E-huquq.az xəbər verir ki, stajkeçmə müddətində Yasamal Rayon Məhkəməsi tərəfindən hakimliyə namizədlərə şərait yaradılıb, namizədlər məhkəmə qərarlarının icrasının təşkili işində iştirak edib, həmin məsələlər üzrə məhkəmə nəzarətinin xüsusiyyətləri ilə tanış olublar.

Stajkeçmə müddəti başa çatmış namizədlərlə məhkəmə sədri İslam Əliyevin görüşü keçirilib, tədbir zamanı hakimliyə namizədlər öz fəaliyyətləri barədə məlumat verib, məhkəmə sədri isə öz növbəsində tövsiyələrini gənc namizədlərə çatdırıb.

Oxşar xəbərlər