- 10:12
Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, T. Piriyevin Ali Məhkəmə Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti icraata götürülüb.
Müraciətə mayın 20-də keçiriləcək Konstitusiya Məhkəməsi Plenumunda baxılacaq.
Ali Məhkəmənin sözügedən qərarı ilə buradan tanış ola bilərsiniz.